22 C
Baku
23 Oktyabr 2025, 16:52
Baş xəbərSosial

“Göynük kəndində seçicilərlə növbəti görüş keçirilib”

“2025-ci ilin iyul ayı üçün müəyyən edilmiş vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, növbəti seçicilərlə görüş Babək rayonunun Göynük kəndində yerləşən Kənd Mərkəzində baş tutub. Görüşdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov iştirak edib”.

Bugun.tv-xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva verib.

Məlumatda bildirilir ki, tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş zamanı Göynük kənd sakinləri ünvanlı sosial yardımın göstərilməsi, işsizlik problemləri, eləcə də Naxçıvan Muxtar Respublikasında uzun illərdir mövcud olan su çatışmazlığı, artezian quyularının vurulmasını və digər şəxsi xarakterli məsələlərin həlli ilə bağlı müraciətlərini səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülərək, “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şəkildə müvafiq tədbirlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırılıb. Bütün müraciətlər qeydiyyata alınıb və baxılması üçün aidiyyəti qurumlara göndərilib.

Millət vəkili Ülviyyə Həmzəyeva görüş zamanı çıxış edərək bildirib ki, cari ilin “Konstitusiya və Suverenlik ili” elan olunması çərçivəsində, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu ən böyük siyasi təşkilat – Yeni Azərbaycan Partiyası bu gün ölkə Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlara imza atır. O, vurğulayıb ki, Azərbaycan güclü, demokratik və hüquqi bir dövlətdir və vətəndaş rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu sahədə həyata keçirilən islahatlar daim ölkə rəhbərliyinin diqqət və nəzarətindədir.

Göynük kənd sakinləri, kəndə çəkilmiş yeni magistral yol ilə bağlı göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident, partiya Sədrinin müavini hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

“Doğrusu, yeni çəkilmiş yol ilə dağlıq relyefdə yerləşən Göynük kəndinə asan gəlişimiz bizi çox sevindirdi. Kəndin gözəl mənzərəsini toz-dumansız seyr etmək və çökmüş yolda batıb qalmadan kəndə zamanında varmaq, insanların üzündə təbəssüm və məmnunluğu görmək çox zövq verici idi”.

Aynur Camal

Oxşar xəbərlər

3,9 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Təhsilə Heydər Əliyev qayğısı – Firuzə Rzayeva yazır

Aynur Camal

Yango”  müştərilərinin məlumatlarını Rusiya Rusiyanın Federal Təhlükəsizlik Bürosuna ötürəcək

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu