16 C
Baku
27 Oktyabr 2025, 21:24
Baş xəbərKriminal

Gözəllik salonlarından oğurluq edən qadın saxlanıldı- VİDEO+FOTO

Bugun.tv-yə Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, paytaxtda gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb.

Onun etdiyi oğurluqlar obyektlərin təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib və bəzi sosial şəbəkə səhifələrində ictimailəşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı paytaxt ərazisində əsasən gözəllik salonlarına müştəri kimi daxil olaraq orada olan şəxslərin pul kisəsini oğurlayan Zərifə Əliyeva saxlanılıb.

Həmin şəxs ifadəsində Yasamal rayonu ilə yanaşı Bakı şəhərinin Nərimanov rayonu və digər ərazilərində gözəllik salonları həmçinin başqa obyektlərdən oğurluqlar etdiyini etiraf edib.

Araşdırma zamanı Zərifə Əliyevanın Sabunçu rayonunda oğurluq etdiyi üçün barəsində cinayət işi başlanıldığı və axtarışda olduğu da müəyyən edilib.

Faktlarla bağlı Zərifə Əliyeva barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Bugün TV

Joao Felix “Qalatasaray”ı təqib edir

Bugün TV

Soyğunçuluq edən qadın saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu