Dünyanın ən məşhur video oyunlarından biri olan Grand Theft Auto (GTA) ABŞ-da universitet kursu kimi tədris olunacaq.
Tennessi Universiteti 20 yanvar 2026-cı il tarixində “Grand Theft America: US History to Present Through GTA Video Games” adlı kursu təqdim etməyə başlayacaq. Kursu əvvəllər video oyunlar vasitəsilə Amerika tarixini tədris edən tarix professoru Tore Olsson aparacaq.
Məlumatda o da vurğulanıb ki, Olsson GTA seriyasından 1980-ci ildən sonra ABŞ-ın mədəni və siyasi inkişaflarını izah etmək üçün tədris vasitəsi kimi istifadə edəcək.
Mənbə: HurriYet