Güclü külək səbəbindən paytaxtda dörd ağac aşıb.
Bugun.tv xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, günün ikinci yarısından etibarən müşahidə edilən küləkli hava şəraiti səbəbindən paytaxtın Səbail, Yasamal rayonları ərazisində dörd ağac aşıb:
“Aidiyyəti üzrə daxil olan məlumat əsasında əraziyə birliyin əməkdaşları cəlb olunublar. Küləyin yaratdığı fəsadlar aradan qaldırılıb”.