27 C
Baku
26 İyul 2025, 6:54
Baş xəbərDünya

Güclü qar və külək Gürcüstanda ciddi problemlər yaratdı

Son iki gündə Gürcüstan ərazisində yağan güclü qar, külək və qasırğa ciddi problemlər yaradıb.

Bugun.tv xəbər verir ki, ən kəskin vəziyyət Gürcüstanın qərbində yaranıb. Güclü külək Batumidə və ətraf bölgələrdə evlərin dam örtüyünü uçurub, ağaclar avtomobillərin üstünə aşıb, infrastruktura ciddi ziyan dəyib.

Rusiya, Türkiyə və Ermənistana gedən avtomagistrallarda, eləcə də ölkədaxili bəzi yollarda iritutumlu, qoşqulu avtomobillərin hərəkəti tam dayandırılıb. Gəmilərin Qara dəniz limanlarına yan almasında problemlər yaranıb.

Paytaxt Tbilisidən Qərb istiqamətinə gedən qatarlar da müxtəlif ərazilərdə dayanıb. Ən acınacaqlı vəziyyət dəmir yolu xəttinin Tsipa hissəsində yaranıb. Artıq bir neçə saatdır ki, insanlar güclü qarın əsirinə çevrilib.

Bir sıra ərazilərdə elektrik naqilləri qırılıb. Eləcə də dəmir yolu şəbəkəsinə elektrik enerjisi verilmir. “Gürcüstan Dəmir Yolları” sərnişinləri təhlükəsiz yerlərə təxliyə etmək üçün müvafiq tədbirlər görür.

Qatarların hərəkətinin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

İntizar Əmirova

Oxşar xəbərlər

Ukrayna və İspaniya təhlükəsizlik sazişi imzaladı

Aynur Camal

Qatar həmyerli keçiddə traktora çırpıldı: 1 ölü, 1 yaralı var

İntizar Əmirova

Nikol Paşinyan erməni kilsəsində islahatlar planını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu