14 C
Baku
16 Noyabr 2025, 6:52
Sosial

“Güclü Ümid, Sağlam Gələcək” tədbiri baş tutub

Bugun.tv– xəbər verir ki, Milli Məclisin Deputatı Ceyhun Məmmədov “Nizami” Kino Mərkəzində uşaq leykemiyası ilə mübarizəyə həsr olunmuş “Güclü Ümid, Sağlam Gələcək” tədbirində iştirak edib.

Deputat mövzu ilə bağlı sosial media hesabında  paylaşımında bildirib ki, belə tədbirlər cəmiyyətimizdə həmrəylik ruhunu gücləndirir, xəstə uşaqlarımıza dəstək olur və onların gələcəyə ümidlə baxmalarına imkan yaradır.

Qeyd edək ki, tədbir çərçivəsində Qanvermə Aksiyası təşkil olunub, ekspertlərin iştirakı ilə Konfrans və Panel çıxışları keçirilib. Həmçinin məşhur müğənnilərin səhnəsi ilə “Uşaqların Səsi Ol” adlı konsert proqramı təqdim edilib.

Ceyhun Məmmədovun sözlərinə görə, dövlət qurumlarının və Milli Məclisin aidiyyəti komitələrinin nümayəndələri tədbirdə iştirak edərək leykemiya ilə mübarizədə görülən işlər, əldə olunan nəticələr və gələcək perspektivlər barədə ətraflı məlumat verilbər.

“İnanıram ki, cəmiyyət olaraq hər birimizin birgə səyləri, göstərdiyimiz dəstək və qayğı bu uşaqların həyatına böyük fərq gətirir. Biz birlikdə onların sağlam gələcəyə ümidlə baxmalarını təmin edə, onları ruhlandıraraq həyat mübarizəsində yanlarında ola bilərik.

Belə tədbirlər yalnız xəstə uşaqlara dəstək göstərməklə kifayətlənmir, həm də ictimai məsuliyyəti gücləndirir, sağlam həyat tərzinin və könüllülük fəaliyyətlərinin əhəmiyyətini bir daha ortaya qoyur” – deyə vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

On iki nəfərin imtahan nəticələri ləğv oldu

Könül Kərimova

Dünyaca məşhur brendi Azərbaycan istehsal edəcək

Aynur Camal

945 şəxs üçün kiçik təsərrüfatlar quruldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu