17 C
Baku
10 İyun 2025, 9:16
Baş xəbərHadisə

Güclü yağış nəticəsində istinad divarı uçdu

Bugun.tv xəbər verir ki, Kağıthanedə bir binanın yanındakı istinad divarı güclü yağış nəticəsində uçub. Hadisə yerinə gələn qruplar çökmənin baş verdiyi ərazini təhlükəsizlik lenti ilə bağlayarkən, ölən və yaralanan olmadığı öyrənilib. Meteorologiyanın xəbərdarlığından sonra İstanbulda başlayan güclü leysan bütün şəhərin həyatına mənfi təsir göstərib.

TRT Haber-in məlumatına görə, Yağışlar səbəbindən şəhərin bir çox müxtəlif yerlərində çökmə və daşqınlar baş verib. Kağıthane Talatpaşa rayonu Sultan Şah küçəsində 4 mərtəbəli binanın yanında yerləşən bağçanın istinad divarı saat 12:00 radələrində uçub.

Vətəndaşların xəbəri ilə hadisə yerinə sövq edilən yanğınsöndürmə briqadaları tərəfindən çökmənin baş verdiyi ərazi təhlükəsizlik zolağı ilə bağlanıb.

Rayon polis qrupları hadisə yerində işləyərkən ölən və xəsarət alan olmadığı, binanın birinci mərtəbəsində maddi ziyanın olduğu müşahidə edilib.

Teymur Əziz

Oxşar xəbərlər

Meşə yanğını nəzarət altına alındı

Bugün TV

4 gündür itkin düşən gəncin axtarışları davam edir

Kəmalə Sultan

Daşqın: Qırmızı kod xəbərdarlığı verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu