20 C
Baku
28 İyun 2025, 2:11
Baş xəbərDünya

Güclü yağışlar daşqınlara səbəb olub

Bugun.tv xəbər verir ki, Bosniya və Herseqovina və Xorvatiyada güclü yağışlar nəticəsində daşqınlar baş verib.

Federasiyanın Mülki Müdafiə Agentliyindən verilən açıqlamaya görə, ölkənin şimal-qərbindəki Krajina bölgəsində dünən axşam saatlarında başlayan güclü yağış, Una və Sana çaylarında suyun səviyyəsinin artması səbəbindən bəzi ev və iş yerlərini su basıb. Vəziyyət kritik səviyyələrə çatıb.

Bihacın Kulen Vakuf bölgəsində çoxlu evin su altında qaldığı bildirilən açıqlamada ölkənin digər bölgələrində də su basma təhlükəsinin olduğu bildirilib.

Bosniya və Herseqovina Federasiyasının Meteorologiya İnstitutu yağışların cümə axşamına qədər ölkə daxilində davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Digər tərəfdən, Sanski Most şəhəri seldən sonra təbii fəlakət bölgəsi elan edilib.

Daşqın zonasına yanğınsöndürənlər və evakuasiya qayıqları göndərilib. Həmçinin Xorvatiya ordusunun 300  şəxsi heyətinin ərazidə olduğunu bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Daşkəsəndə gənc oğlan qonşusunu buçaqladı

Kəmalə Sultan

Sakaryada səs-küy döyüşü: 1 ölü

İntizar Əmirova

Prezident İ.Əliyev: “Türkiyə ilə birgə fəaliyyətimiz həm bölgədə, həm də dünyada gücümüzü daha da artıracaq”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu