7 C
Baku
4 Dekabr 2024, 23:05
Baş xəbərDünya

Güclü yağışlar daşqınlara səbəb olub

Bugun.tv xəbər verir ki, Bosniya və Herseqovina və Xorvatiyada güclü yağışlar nəticəsində daşqınlar baş verib.

Federasiyanın Mülki Müdafiə Agentliyindən verilən açıqlamaya görə, ölkənin şimal-qərbindəki Krajina bölgəsində dünən axşam saatlarında başlayan güclü yağış, Una və Sana çaylarında suyun səviyyəsinin artması səbəbindən bəzi ev və iş yerlərini su basıb. Vəziyyət kritik səviyyələrə çatıb.

Bihacın Kulen Vakuf bölgəsində çoxlu evin su altında qaldığı bildirilən açıqlamada ölkənin digər bölgələrində də su basma təhlükəsinin olduğu bildirilib.

Bosniya və Herseqovina Federasiyasının Meteorologiya İnstitutu yağışların cümə axşamına qədər ölkə daxilində davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Digər tərəfdən, Sanski Most şəhəri seldən sonra təbii fəlakət bölgəsi elan edilib.

Daşqın zonasına yanğınsöndürənlər və evakuasiya qayıqları göndərilib. Həmçinin Xorvatiya ordusunun 300  şəxsi heyətinin ərazidə olduğunu bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Bu ölkədə akademiklər TikTok-a görə, hökuməti məhkəməyə verdilər

Teymur Əziz

Hava limanında xaos! Bir neçə saat fərqlə 2 ayrı uçuş-enmə zolağı qəzası: 4 təyyarə toqquşub

Aynur Camal

İranlı qadın 30 milyonluq brilyantı sərhəddən geçirmək istərkən tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu