27 C
Baku
17 Sentyabr 2026, 14:15
Baş xəbərHadisə

Güclü yağışlar nəticəsində 1 nəfər öldü, 2 nəfər itkin düşdü

Bugun.tv xəbər verir ki, iki gündür İspaniyanın mərkəzi və cənub bölgələrinə yağan güclü yağışlar nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə itkin düşüb. İspaniyanın Kastilya-La-Mança muxtar hökumətinin başçısı Emiliano Qarsiya Peyc leysan yağışların Toledo şəhərinin Casarrubios del Monte rayonunda ciddi dağıntılara səbəb olduğunu və avtomobildə sıxışan bir nəfərin öldüyünü açıqlayıb. Şiddətli yağış nəticəsində bəzi yol və körpülərin çökdüyü Castilla La Mancha, Castilla y Leon, Madrid, Extremadura bölgələrində bir çox ara yolların nəqliyyata bağlandığı, Madrid-Əndəlüs və Madrid-Kastilya La Mançada da bağlandığı açıqlanıb. Yağışlar səbəbindən bir çox ev və iş yerləri su altında qalıb. Meteoroloqlar yağışlı havanın axşam saatlarından etibarən ölkəni tərk edəcəyini açıqlayıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Səudiyyə Ərəbistanı Məkkənin təhlükəsizliyini “qırmızı xətt” elan etdi

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu