Almaniyanın bir çox ştatında güclü yağışlar təsirlənsə də, bəzi bölgələrdə daşqınlara səbəb olarkən, mütəxəssislər ani doluya qarşı ictimaiyyəti xəbərdar edib.
Bütün dünya isti havaya təslim olarkən Almaniyada yağışlı hava hökm sürür…
Almaniyanın bir çox ştatında axşam saatlarından başlayan qəfil yağış səbəbindən həyat dayanıb.
Gecə boyu yağan güclü yağış müxtəlif ştatlarda daşqınlara səbəb olub.
Alman mətbuatında yer alan xəbərlərə görə, ölkənin bəzi bölgələrində yağan güclü yağış həyatı mənfi təsir edib.
Yeraltı keçid bağlanıb
Bu səbəbdən Hessen əyalətinin bir çox nöqtəsinə polis sövq edilib və Diezenbach şəhərində su basan yeraltı keçid bir müddət bağlanıb.
Çoxlu küçələrin su altında qaldığı Hessendə, Hanau şəhəri və Main-Kinzig bölgəsində lyuklar daşıb, çoxlu ağaclar aşıb.
Ağaclar qatar relslərinə düşüB
Bavariyanın Aşaffenburq şəhərində güclü yağışlar nəticəsində küçələri və binaların zirzəmilərini su basıb.
Almaniyanın şərqindəki Saksoniya əyalətinin Görtlitz və Bautzen bölgələrində də yollar və binaların zirzəmiləri su altında qalıb. Bautzendə qatar yağış səbəbindən relslərə düşən ağaclara çırpılıb.
“Bizim binada bu qədər su kütləsi görməmişdim.”
Paytaxt Berlində arxivlərinin yerləşdiyi Mərkəzi və Dövlət Kitabxanasının zirzəmisini su basıb. Şiddətli yağışdan yağış suyunu daşıyan boru partladığı üçün kitabxana işçiləri zəncir yaradaraq yağış suyunu vedrələrlə çıxarıblar.
Kitabxananın müdirlərindən Jonas Fansa yerli televiziya kanalına verdiyi açıqlamada arxivdə yüz minlərlə kitabın olduğunu və onların təhlükə altında olduğunu bildirib və “Mən heç vaxt bu qədər çox həyatı iflic edən su görməmişdim” deyib.
Dolu yağışı gözlənilir
Almaniya Meteorologiya İdarəsinin verdiyi açıqlamada bu gün ölkənin cənub və şərqində leysan xarakterli yağışın, gecə saatlarında isə ölkənin qərb və cənub-qərbində leysan xarakterli yağış yağacağı, arabir dolu yağacağı xəbərdarlığı edilib.
Mənbə: EnSonHaber