10 C
Baku
12 Dekabr 2024, 18:06
Baş xəbərHadisə

Güclü zəlzələ baş verdi

Bugun.tv xəbər verir ki,Əfqanıstanın 6,3 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Bundan başqa, Mərkəz, demək olar, eyni bölgədə 5 maqnitudalı afteşokun qeydə alındığını da açıqlayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib. Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub. Son verilənlərə görə, təbii fəlakətdə 2,5 min nəfər ölüb, on minlərlə insan evsiz qalıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Midibüs dərə yatağına aşdı: 23 yaralı var

Bugün TV

XİN: Azərbaycan Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb edir

Bugün TV

Qaçaqmalçılıq yolu ilə 24 milyon dəyərində etil spirti ələ keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu