11 C
Baku
20 Aprel 2025, 8:11
Baş xəbərİdman

Güləş üzrə millimiz üç medal qazandı

Gənclər və İdman Nazirliyindən Bugun.tv-yə verilən məlumata görə, Yunan -Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında üç medala sahib olublar.

Millimizin üzvü Eldəniz Əzizli (55 kq) yarışa dörddəbir finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib.

Pəhləvanımız yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək üçüncü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb.

Millimizin kapitanı finalda isə türkiyəli Adem Burak Uzuna məğlub olub və qitə birinciliyini gümüş medalla başa vurub.

Çempionatda 63 kiloqram çəki dərəcəsində çıxış edən Taleh Məmmədov da mübarizəyə dörddəbir finaldan start verib. İtaliyalı Yakopo Sandro və ermənistanlı Qraçya Poqosyana qalib gələn güləşçimiz ardıcıl üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. T.Məmmədov həlledici görüşdə gürcüstanlı Leri Abuladzeyə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

Səkkizdəbir finalda macarıstanlı Dariuş Vitekə qalib gələn güləşçimiz Sabah Şəriəti (130 kq) rumıniyalı Avropa çempionu və dünya üçüncüsü Alin Kiurariu və Gürcüstan idmançısı Yakobi Kajayaya qalib gələrək finala adlayıb.

Həlledici görüşdə millimizin üzvü üçqat Olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş türk Rıza Kayaalpa uduzub və qitə birinciliyini ikinci pillədə bitirib.

Avropa çempionatına bu gün yekun vurulacaq.

Aynur Camal

Oxşar xəbərlər

Dərəyə düşən şəxs dünyasını dəyişdi

Aynur Camal

Myanma sakinləri Mocha siklonunun dəhşətini təsvir etdilər

Aynur Camal

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu