6 C
Baku
29 Yanvar 2026, 21:10
Baş xəbərİdman

Güləşçimiz erməni Samvel Qriqoryanı məğlub edib

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşıb.

Bugun.tv xəbər verir ki, çempionatın altıncı günündə, yəni bu gün son beş çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Milli komandamızın üzvü Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabı ilə uduzub.

Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda portuqaliyalı Pedro De Moraisə tam üstünlüklə qalib gəlib. Güləşçimiz dörddəbir finalda norveçli Havard Yorgensen ilə qarşılaşıb və rəqibinə qalib gəlib. Güləşçimizin növbəti rəqibi Türkiyə idmançısı Murat Fırat olacaq.

Ülvi Qənizadə (72 kq) səkkizdəbir finalda ukraynalı Andrey Kulikə 4:1 hesabı ilə qalib gəlib. Ü.Qənizadə dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib – 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla üz-üzə gələcək.

Üçqat Avropa çempionumuz Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb – 8:0. Güləşçimiz dörddəbir finalda ermənistanlı Samvel Qriqoryan ilə gərgin keçən mübarizədən də qalib ayrılıb – 3:2. R.Hüseynov yarımfinalda türk Burhan Akbudak ilə güləşəcək.

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medallara sahib olublar. Yarış aprelin 23-də başa çatacaq.

Mənbə: AzərTac

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

İngiltərə – Sri Lanka cricket seriyasını qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu