Maraqlı faktlar

Gülməli heyvan fotoları beynəlxalq müsabiqənin finalına çıxdı

Bugun.tv xəbər verir ki, 2026-cı il Nikon Comedy Wildlife Awards foto müsabiqəsinin finalçıları açıqlanıb. Dünyanın müxtəlif ölkələrindən təqdim olunan fotolar vəhşi heyvanların qeyri-adi, əyləncəli və gözlənilməz anlarını əks etdirir.

“Euronews”un oktyabrın 9-da yaydığı məlumata görə, builki müsabiqəyə 112 ölkədən 10 mindən çox foto təqdim olunub. Bu, müsabiqənin tarixində ən yüksək göstərici hesab olunur.

Final mərhələsinə fərdi fotolar üzrə 40 iştirakçı, 16 yaşadək şəxslərin kateqoriyası üzrə üç iştirakçı, portfel kateqoriyasında dörd iş və video kateqoriyasında doqquz iş seçilib.

Təbiətə fərqli baxış

Fotolarda timsah, bəbir, oranqutan və digər heyvanlar maraqlı vəziyyətlərdə təsvir olunub. Bəzi görüntülərdə heyvanların hərəkətləri insana gülməli təsir bağışlayır, digərlərində isə onların davranışları təbiətin gözlənilməzliyini göstərir.

Müsabiqə təkcə əyləncə məqsədi daşımır. Layihə vəhşi təbiətin qorunmasına diqqət çəkməyi və insanlarda heyvanlara qarşı daha həssas münasibət formalaşdırmağı da hədəfləyir.

Müsabiqənin qaliblərinin dekabrın 8-də Londonda keçiriləcək mərasimdə açıqlanması nəzərdə tutulur. Finalçı fotoları təbiət həvəskarları üçün həm əyləncəli, həm də maarifləndirici materialdır.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

104 yaşlı tısbağa əməliyyat olunacaq: Dünyanın hər yerindən ona dəstək mesajları gəlir

Aynur Camal

Yağış damcılarının səsi düyü toxumlarının daha tez cücərməsinə kömək edir

Aynur Camal

Narıncı pişiklərin rənginin sirri 60 ildən sonra açıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu