27 C
Baku
28 İyun 2025, 13:32
Mədəniyyət

Gülşad Baxşıyeva:“Bəxt üzüyü -2” filminə dəvət almadım, onlara yalvarmalı idim?

“Bəxt üzüyü” filmindən danışacağıq. Daha doğrusu, filmdə üzüyü itən, lakin ümidini itirməyən bir Sara obrazı da var idi. Bugun.tv-yə həmin obrazın ifaçısı, əməkdar artist Gülşad Baxşıyeva bir sıra açıqlamalar verib. “Ramiz özü aktyor ruhunu gözəl bilən insan olub. Ona görə də, onun “Bəxt üzüyü” filmi kimi gözəl alınıb. Əksəriyyət elə bilir ki, bu  komediyadır, yox bu tragikomediya idi”.

G.Baxşıyevanın sözlərinə görə, onu görənlərin əksəriyyəti bu fikirləri səsləndirirlər – “Sizin oynadığınız rol sanki mənim taleyimdir. Mən də onu yaşamışam. Çox təbii oynamısınız”.

Əməkdar artistə bu filmlə bağlı sual verənlərin çox olduğunu deyir. Aralarında itən üzüyün aqibətini soruşanlar da var. “Avtobusda yol gedəndə də, suallar verirlər, eləsi var sakitcə deyir, eləsi də var, çılğınlıqla. Deyirəm ki, sakit ol, bura avtobusdur (gülür)”.

Gülşad Baxşıyeva “Bəxt üzüyü-2” filmində çəkilməməsini isə belə izah edib. “Mənə heç bir dəvət gəlməyib. Onlara yalvarası deyildim ki…

Nə mənə dəvət gəlib, nə də ki, Ayşada. Dəvət gəlməyəndən sonra mən məcbur deyiləm ki, gedib o adama deyim, “niyə məni çəkməmisən?!” Hətta Firəngiz Rəhimbəyova gəlib, görüb mən yoxam, soruşub ki, “a qde Gülşad?”. Yəqin deyiblər ki, biz başqa bir “Bəxt üzüyü” çəkirik. Yəqin onlar Saranı, Hüseyni orada görməyiblər. Onda gərək filmin adını dəyişib, “Bəxt üzüyü” yox, “Nişan üzüyü”, yaxud “Toy üzüyü” qoyaydılar. Böyük səhv ediblər”- deyə, aktrisa iradını bildirib.

Müəllif: Şükufə Ramizqızı

Bugün TV

Oxşar xəbərlər

Bakıda inküliziv moda dəfiləsi – “KEKALOVE Adaptive Fashion Show” keçirildi

Kəmalə Sultan

Gözəl ənənələri ləyaqətlə davam etdirən “Mədəniyyət/Culture” jurnalı

Aynur Camal

Özbəkistan arxivində Şah İsmayıl Xətayinin divanı aşkarlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu