25 C
Baku
20 İyul 2025, 7:39
Baş xəbərSosial

Gülüş zövqümüz korlanıb – SATİRİK ŞAİR TƏƏSSÜF ETDİ

Bugun.tv xəbər verir ki, gülüş insanların həyatında böyük rol oynayır.  Araşdırmalar göstərir ki, təbəssüm ürək-damar və nəfəs alma sistemi xəstəlikləri riskini azaldır. İnsan ömrünü 7 ilə qədər uzadır.

Tanınmış satirik şair Əvəz Qurbanlı televiziyalardan birində son zamanlar gülüş zövqümüzün korlandığı üçün sənətçiləri əsl sənət göstərməyə çağırış edib.

“Gülüş zövqümüz korlanıb. İnsanları da qınamaq olmaz. Çünki qonağa nə versən onu yeyəcək. Tamaşaçıya da nəyi göstərsən ona baxacaq. Ola bilsin gülüş zövqünün korlanması ucuz gülüş dalınca özlərini əziyyətə salmayan sənətçilərin, aktyorların artmasıdır. Bu kimi hallar günümüzün reallığıdır”, – deyə Ə.Qurbanlı bildirib.

Sonda şair bəzi gülüş ustalarına saxta yox, əsl gülüş təqdim etməyi tövsiyə edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib – VİDEO

Aynur Camal

Pentaqon Şimali Koreyanın Rusiya üçün Ukraynaya əsgər göndərməsi ilə bağlı iddiaları araşdırır

Aynur Camal

Fudbolçu barəsində yalan məlumat yayıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu