Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyasının mütəxəssisləri Günəşin səthində qeyri-adi bir hadisə qeydə alıblar.
Bugun.tv xəbər verir ki, Günəş diskində təxminən 1,5 milyon kilometr ölçüsündə smaylik formasında maraqlı görüntü meydana gəlib.
Mütəxəssislərin açıqlamasına görə, smaylikdəki gözləri iki böyük aktiv zona təşkil edir və hər birinin diametri Yer kürəsinin diametrindən təxminən on dəfə böyükdür. Gülüş isə nəhəng bir protuberans tərəfindən yaradılıb və uzunluğu təxminən 500 min kilometrdir.

Alimlər bildiriblər ki, smaylikdəki ifadə səmimi və dostyana görünür.
Arxadakı kəmərin əyriliyi ilə əlaqədar skeptik təsir olsa da, bu görüntü heç bir aqressiv və ya təhdid xarakterli niyyət daşımır, sadəcə işıq və plazma oyunu nəticəsində yaranmış vizual illuziyadır.
Hal-hazırda Günəşin həmin tərəfi Yerə dönük olduğundan, həm yerüstü, həm də kosmik teleskoplar bu maraqlı hadisəni detallı şəkildə müşahidə edə bilir.

Mənbə: Mail.ru Science
