2 C
Baku
10 Fevral 2026, 23:24
Baş xəbər

Günəş tutulmasına sayılı günlər qaldı

Günəş tutulması

Bugun.tv xəbər verir ki, hibrid Günəş tutulması üçün geri sayım başlayır.

Aprelin 20-də cənub yarımkürəsindəki Ay Günəşi təxminən 76 saniyə ərzində tamamilə gizlədərək, tam Günəş tutulmasını izləmək imkanı yaradacaq.

Dünyanın hər yerindən tutulma həvəskarları unikal tam Günəş tutulmasını görmək üçün Qərbi Avstraliya, Timor Leste və Qərbi Papuaya səyahət edirlər.

Bugun.tv xəbər verir ki, tutulma yalnız Cənub yarımkürəsində görünəcək.

Günəş tutulması Hind okeanındakı Kerguelen adaları yaxınlığında günəşin doğuşu kimi başlayacaq. Qərbi Avstraliya sahillərindən sıyrılaraq Şərqi Timor və Qərbi Papuadan keçərək bir neçə saniyə ərzində “atəş halqası”na çevriləcək.

Sakit Okeanda Marşal adaları üzərində günəş batdığı zaman sona çatacaq.

Nisbətən az adam tam günəş tutulmasının şahidi olacaq.

Qərbi Avstraliyadakı Exmouth yarımadasına cəmi 50 min insanın gələcəyi gözlənilir. Bölgənin normal əhalisi 5000 civarındadır.

8 aprel 2024-cü ildə isə 31 milyondan çox Şimali Amerikalı tam Günəş tutulmasının şahidi olacaq.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim keçirilib

Aynur Camal

“Minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq” – Vüqar Bayramovdan açıqlama

Aynur Camal

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu