14 C
Baku
15 Noyabr 2025, 23:00
Texnologiya

Günəşdən daha parlaq cisim kəşf edildi

Bugun.tv xəbər verir ki, Avstraliya və Çilidən olan alimlər qrupu Çilidəki Atakama səhrasında teleskopların köməyi ilə apardıqları müşahidələr nəticəsində “J0529-4351” adlı son dərəcə parlaq və kütləvi kvazar haqqında təəccüblü təfərrüatlar aşkar ediblər.

Astronomlar araşdırmalardan sonra belə qənaətə gəliblər. Günəşdən 500 trilyon dəfə daha parlaq olan bu kvazar “kainatın ən parlaq obyekti” ola bilər.

Sözügedən kvazarın Yerdən 12 milyard işıq ili uzaqda yerləşdiyini qeyd edən astronomlar cismin mərkəzindəki qara dəliyin kütləsinin Günəşinkindən 17-19 milyard dəfə böyük olduğunu da müəyyən ediblər.

Araşdırmanın təfərrüatları “Nature Astronomy” jurnalında dərc olunub.

Mənbə trthaber

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Klaviaturadakı düymələrin səsindən parollar oğurlana bilir – ALİMLƏR XƏBƏRDARLIQ ETDİ

Teymur Əziz

Ay missiyaları üçün geri sayım başladı!

Bugün TV

“Volf” atom sualtı qayığının xidmətə qayıtma vaxtı məlum oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu