4 C
Baku
14 Dekabr 2025, 19:32
Baş xəbərHadisə

Günəşdən daha parlaq cisim kəşf edildi

Bugun.tv xəbər verir ki, astronomlar Günəşdən 500 trilyon dəfə daha parlaq olan kvazarı kəşf ediblər. Onu kainatın ən parlaq obyekti kimi qiymətləndiriblər.

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyi ilə apardıqları müşahidələr nəticəsində “J0529-4351” adlı son dərəcə parlaq və kütləvi kvazar haqqında təəccüblü təfərrüatlar tapıblar.

Astronomlar araşdırmalardan sonra belə qənaətə gəliblər ki, Günəşdən 500 trilyon dəfə daha parlaq olan bu kvazar kainatın ən parlaq obyekti ola bilər.

O Yerdən 12 milyard işıq ili uzaqda yerləşir. Astronomlar cismin mərkəzindəki qara dəliyin kütləsinin Günəşinkindən 17-19 milyard dəfə böyük olduğunu da müəyyən ediblər.

Araşdırmanın təfərrüatları “Nature Astronomy” jurnalında dərc olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

İndoneziyada daşqın: Çoxlu ölü və yaralı var

Aynur Camal

Azərbaycan vətəndaşlarını Sudandan təxliyə edir

Bugün TV

Erməni politoloq: Paşinyan Sankt-Peterburq Zirvə görüşündə İlham Əliyevin yanında itaətkar kargüzar təsiri bağışlayırdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu