Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə Şuranın üzvü, JSİD – Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, tanınmış telejurnalist-aparıcı Günel Gözəlova da təmsil olunub.
“Bu görüş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti, 2024-cü ilin 2-ci yarımilliyi ərzində fəaliyyətini əhatə edən hesabat iclası idi”- deyə Günel Gözəlova öz şəxsi media hesanında xəbər paylaşıb.
Onun sözlərinə görə, iclasda çıxış edən Vüsal Hüseynov Xidmət tərəfindən 2024-cü ildə görülmüş işlərdən, müvafiq fəaliyyətlərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən İctimai Şuraya daxil olan təşkilatların iştirakından danışıb. Bu sahədə hazırki İctimai Şura üzvləri ilə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.
Sonra iclasda İctimai Şuranın 2024-cü il üzrə fəaliyyətinin yekunları, əldə edilmiş nəticələr qeyd edilib, eyni zamanda İctimai Şuranın növbəti, 2025-ci ilin birinci yarımili üzrə fəaliyyət planı və vacib istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Günel Gözəlova qeyd edib ki, görüşdə miqrasiya sahəsində maraq doğuran və ölkəmiz üçün prioritet olan məsələlər müzakirə olunub.