24 C
Baku
5 Sentyabr 2025, 3:17
Baş xəbərSosial

Günel İbrahim Bakı Reablitasiya Mərkəzinin əməkdaşlarına əlilliyi olan qadınlarla davranış qaydaları ilə bağlı təlim keçdi

Bugün.tv xəbər verir ki, Bakıda BMT-nin Qadınlara Qarşı Zorakılıqla Mübarizə Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyələşdirdiyi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “Bakı, Gəncə və Quba-Xaçmaz bölgəsində sağlamlıq imkanları məhdud qadın və qızların dövlət xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub. Tədbir Bakı Reablitasiya Mərkəzinin binasında keçirilib.

tədbir
Təlim iştirakçıları

Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 33 əməkdaşı iştirak edib.  Təlimçi, Etika Akademiyasının rəhbəri Günel İbrahim həssas qruplarla iş zamanı “Müxtəlif növ əlilliyi və kommunikasiya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlar” mövzusu ilə bağlı geniş məlumat verib.

Günel İbrahim təlim keçib
Günel İbrahim təlim keçib

Sonra iştirakçılar G.İbrahimə etik ünsiyyət qaydaları ilə bağlı onları maraqlandıran suallar ünvanlayıblar. Təlimçi öz təcrübəsinə əsaslanaraq verilən sualları ətarflı şəkildə cavablandırıb.

İştirakçılara sertifikat təqdim olunub
İştirakçılara sertifikat təqdim olunub

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Xatirə fotoları çəkilib.

təlim
Xatirə fotosu
Elnarə Dərziyeva

Oxşar xəbərlər

İrana uçuşların dayandırıldığı yalandı

Aynur Camal

Sinoptiklər xəbərdarlıq etdi

Bugün TV

Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu