23 C
Baku
9 İyun 2025, 22:53
Mədəniyyət

Günümüz güzaranamız

Bu fani dünyada hərənin öz dünyası var. Adam var pulu var adamlığı yox.  Adam da var pulu var adamlığı var adam arasına çıxmalığı yox.
Axşam oldu bizim məhəllənin arvadları hərə öz qızını tərifləyir. Biri deyir mənim qızım ay parçassıdır. Biri deyir mənim qızım yıxılan evin dirəyidir. Biri deyir mənim qızım bumeranqdır atıram qayıdır üstümə.
Bir az aralıda kişilər kimi arvadından, kimi qaynanasından, kimi müdirindan şikayət edir. Bir nəfər kənara çəkilib danışmır. Soruşurlar sənin kimdən şikayətin var. Deyir sizin saydıqlarınızın hamısından. Söhbətin bu yerində Adışirin müəllim gəlib çıxdı. Salamsız kəlamsız.
-Ağabala mənim pulumu nə vaxt qaytaracaqsan?
Ağabala halını pozmadan:
-Birinci adam salam verər, ikinci atalar deyib ki, borclu borclunun sağlığını istər.
Bu vaxt yaxınlığındakı tələbə yataqxanasının eyvanından bir oğlan yanıqlı səslə oxuyurdu:
-Dam üstədir damımız qoşadır eyvanımız. Sən ordan bax mən burdan kor olsun komendatımız.
Oğlanın oxumağına hamı gülüşdü. Adışirin müəllim gördü ki, ona məhəl qoyan yoxdur, suyu süzülə-süzülə getdi. O gedəndən az sonra hamı dağılışdı.
Ağabala evə gəlib arvadının yatmadığını görüb istəyini mahnı ilə bildirdi.
– Sonası bir bussə ver, bir bussə ver, halım yamandır.
Arvad da ona mahnı ilə cavab verdi.
-Vermərəm, vermərəm uşaqlar oyaqdır. Pəncərələri açıq olduğundan məhəllə uşaqları onların intim duetlərini eşidib gülməkdən uğundular. Səhər Ağabala uşaqların yanından keçəndə uşaqlar biri-birinə him-cim edib,  gecə eşitdikləri mahnını xorla oxumağa başladılar.
Dedim bir bussə ver bir bussə ver halım yamandır. Dedi vermərəm, vermərəm uşaqlar oyaqdır.
Ağabala ayaq saxladı bir anlığa özünü itirdi. Yaxınlaşıb uşaqlara qulaq burması vermək istəyirdi ki, uşaqlar qaçdılar. Ağabala da onların dalınca götürüldü. Bir az qalmışdı ki, az qala uşaqlara çatsin qabağıni polis kəsdi.
-Ağabala uşaqların dalınca niyə qaçırsan, nə hadisə baş verib?
-Heç elə belə qaçdı tutdu oynayırıq.
-Ağabala sənin qaçdı tutdu oynayan vaxtın çoxdan keçib. De görum nə olub?
Ağabala gördü ki, polis əl çəkən deyil, başına gələn hadisəni ona danışdı. Polis Ağabalanı dinlədikdən sonra, dodağı qaçdı, üzündə təbəssüm yarandı. Sonra ciddi görkəm aldı.

Sənin məsələn qəlizdir. Bu uşaqlar səni məhəllədə biabır eləyəcəklər. Aglima bir fikir gəldi. Sən məhəlləyə söz yayırsan ki, gecə oxuyan mən deyildim..
Ağabala əvvəlcə güldü  sonra ciddi görkəm aldı.
-Mən deyildim. bəs kim idi?

-Soruşan olsa deyərsən ki, onu polis ayırd edəcək
Ağabala polisə sağ ol deyib getdi.
Həyatımız kino kimidir. Kiminin həyati səssiz filmə bənzər, səssiz gələr, səssiz gedər. Kiminin həyatı seriala bənzər. Uzun mənasiz. Kiminin həyati Hollivud filmlərinə bənzər. Rəngli bəzəkli, sonluğu faciə ilə bitər. Kiminin həyatı hind filminə bənzər musiqili əyləncəli. Kiminin həyati Azərbaycan filminə bənzər. Keçmişilə fəxr edər. Qarşıda onu nə gözləyir bilməz. Azərbaycan filmi dedim yadima Hollivud düşdü. Hollivudda jurnalist aktrisadan soruşur ki, çəkilş zamanı tərəfdaşnızla öpüşməynizlə, evdə ərinizlə öpüşməyniz arasında nə fərq var.?
-Evdə stop ikinci dubl deyən olmur.
Hər yerin öz adəti var. Bizim məmləkətdə bayramqabağı hansı məmurun qapısını açsan, deyəcək get bayramdan sonra gələrsən. Bu sözləri bir dünyadan köçənlərə, bir də bu dünyaya gələnlərə demirlər.
Uşaq beyni ağ kağıza bənzəyir, sonradan həyat o qədər cızma qara çəkir ki, olur qaralama dəftəri.
Alimlər sübut eləyiblər ki cox partiyalılıq dövləti ,çox arvadlıq kişini gücdən salır.
Atalar düz deyib gündə bir təzə söz eşitməsən qulağın kar olar.
Kitaba marağın azaldığını görən hökumət göstəriş verib ki, ictimai nəqliyyatda kitab oxuyanlar gediş haqqından azad olunurlar.
Adəm övladı güzarından narazı, iqtidarindan narazı ,müxalifətindən narazı düşdüyü mühitdən narazı ,aldigi məvacibdən narazı, təqaüdündən narazı ,içdiyi sudan narazı, aldığı havadan narazı, təhsilindn narazı, səhiyyəsindən narazı, təkcə ağılından razı.

Belə ağıllıydıqsa niyə dünyamız bu gündədir?
Hər padşahın öz tacı taxtı, Hər insanın öz fərqli bəxti, Hər yazarın öz dəsti xətti olur bu fani dünyada. Bu fani dünya kimini güldürür kimini küsdürür. Kimini də dirikən öldürürür. Fani dünyaya bel bağlayana, axirətə inananmayana yaradan xəfif xəfif gülür.

Yazıçı Dramaturq Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Junior Eurovision” Mahnı Müsabiqəsi 2023-ün yeri və vaxtı açıqlanıb

Aynur Camal

Aktrisa ana olmaq üçün günləri sayır!

İntizar Əmirova

Lənkəran xanın vəzirinin bağında

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu