Texnologiya

Günəşdən daha parlaq cisim kəşf edildi

Bugun.tv xəbər verir ki, Avstraliya və Çilidən olan alimlər qrupu Çilidəki Atakama səhrasında teleskopların köməyi ilə apardıqları müşahidələr nəticəsində “J0529-4351” adlı son dərəcə parlaq və kütləvi kvazar haqqında təəccüblü təfərrüatlar aşkar ediblər.

Astronomlar araşdırmalardan sonra belə qənaətə gəliblər. Günəşdən 500 trilyon dəfə daha parlaq olan bu kvazar “kainatın ən parlaq obyekti” ola bilər.

Sözügedən kvazarın Yerdən 12 milyard işıq ili uzaqda yerləşdiyini qeyd edən astronomlar cismin mərkəzindəki qara dəliyin kütləsinin Günəşinkindən 17-19 milyard dəfə böyük olduğunu da müəyyən ediblər.

Araşdırmanın təfərrüatları “Nature Astronomy” jurnalında dərc olunub.

Mənbə trthaber

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Artıq təyyarələrin yanında sürücüsüz nəqliyyat vasitələri işləyir

Aynur Camal

Brüssel iri şirkətlərə yeni vergi tətbiqini nəzərdən keçirir

Aynur Camal

Alimlər kosmosda həyat izlərini aşkar etməyə kömək edəcək yeni üsul hazırladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu