28 C
Baku
10 Sentyabr 2025, 14:46
Baş xəbərDünya

Gürcüstan daha bir müharibəyə tab gətirə bilməz – Baş nazir

“Bu gün dünyada baş verən proseslər, xüsusən də müharibələr çox ciddi narahatlıq doğurur. Demək olar ki, biz üçüncü dünya müharibəsi ilə üz-üzəyik. Hətta avropalı həmkarlarımız da dünyada baş verən proseslərdən ciddi narahatlıq keçirirlər”.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili martın 24-də parlamentdəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, bəzi qüvvələr Gürcüstanı müharibəyə cəlb etmək istəyir. Lakin bunu düzgün addım hesab etmək olmaz. İlk növbədə nəzərə almalıyıq ki, Gürcüstan nə NATO-nun, nə də Avropa İttifaqının üzvü deyil.

“Aİ-nın üzvü olan dövlətlər öz xüsusi təhlükəsizliyini, milli maraqlarını diqqətlə qoruyurlar. Onlardan soruşanda ki, niyə siz Rusiya ilə birbaşa eskalasiyaya getmirsiniz? Onlar çox sadə cavab verirlər. Bizim Rusiya ilə birbaşa eskalasiyamız üçüncü dünya müharibəsinin başlanmasına səbəb olacaq. Gürcüstanda da vəziyyət eynidir. Gürcüstanın müharibəyə cəlb olunması üçüncü dünya müharibəsinə səbəb ola bilər və ölkəmiz bu müharibəyə tab gətirə bilməz.

Bizim çıxış yolumuz böyük çağırışlara qarşı möhkəm birliyimizdə və ölkə daxilində, eləcə də regionda sülh və sabitlik üçün çalışmağımızdadır”- İ.Qaribaşvili deyib.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

2024/2025 soyuq mövsümü üçün əsas rənglər hansılardır?

Aynur Camal

Son dəqiqə: Roma Papası Fransisk vəfat etdi

Aynur Camal

Mariya Zaxarova: “Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün əlimizdən gələni edirik”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu