19 C
Baku
11 Oktyabr 2025, 12:51
Siyasət

“Gürcüstan hakimiyyəti azərbaycanlılara qarşı təxribatlara göz yumur..”

“Rusiya hakimiyyəti miqrantların uşaqlarını rus dili bilmədiyi üçün məktəblərə qəbul etməmək qərari verib. Rusiyada şovinizm Kremldən idarə olunur. Digər millətlərə qarşı ayrı -seçkilik siyasəti hər keçən gün inkişaf edir. Rusiyanın tətbiq eyni qaydanı Kremlin vassalı Gürcüstan hökuməti edir. Gürcüstanda azərbaycanlılara qarşı getdikcə hücumlar həyata keçirilir.

Bu gün Gürcüstanda bir gürcü yaşayan azərbaycanlıya tapança ilə hücum edərək “niyə gürcü dilini bilmirsən?!- kimi hədələyib. Ötən həftə azərbayacanlıya analoji hadisə olmuşdu”- Bugun.tv xəbər verir ki, bu barədə məlumatı siyasi ekspert Məhəmməd Əsədullazadə verib.

Ekspert həmçinin bildirib ki, Rusiya kəşfiyyatı Gürcüstanda eyni ssenarini tətbiq edir. Gürcüstan hökuməti isə, proseslərdən məmnun görünür.

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasi Rusiyanin layihəsi olduğunu sübut edib. Gürcüstan 90-cı illərin ölkəsinə çevrilmək yolundadır. Gürcüstanda milli hakimiyyətin formalaşması Azərbaycanın maraqlarına cavab verir.

Rəsmi Bakı Gürcüstan hakimiyyəti ilə danışıqlar aparmalı və bu təxribatların qarşısını alınmasını tələb etməlidir. Rusiya iki xalq arasında yeni təxribatlara əl atdığını onların nəzərinə çatdırmalıdır. Baş verənlər Gürcüstan hökuməti üçün mənfi proseslərə gətirib çıxara bilər.

Aynur Camal

Oxşar xəbərlər

MN: Ermənistan silahlı qüvvələri Laçında mühəndis işləri görən traktoru atəşə tutdu

Aynur Camal

Medvedev çoxqütblü dünyaya keçidin çətinliklərindən danışdı

Bugün TV

Rusiya: Dünyanın qalan hissəsi ABŞ-ın çirkabını təmizləməli olacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu