Baş xəbərDünya

Gürcüstan hava limanları cari ilin ikinci rübündə 2,1 milyon sərnişinə xidmət göstərdi

Bugun.tv xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, Gürcüstan hava limanları 2024-cü ilin aprel-iyun ayları ilə müqayisədə 17,4 faiz çox – 1,1 milyon sərnişin qəbul edib. Hava limanlarından 1 milyon sərnişin (18,1% çox) yola düşüb. Cari ilin ikinci rübündə Gürcüstan hava limanlarında sərnişin axınının 95,1faizini planlı uçuşlar təşkil edib. Həmçinin statistikaya əsasən, hava limanlarında 8,6 min sərnişin reysi həyata keçirilib ki, bu da 2024-cü ilin ikinci rübü ilə müqayisədə 12,8 faiz çoxdur. Bundan əlavə, Gürcüstanın hava nəqliyyatı ilə 172,6 min sərnişin (+1,5%) daşınıb. Hesabat dövründə Gürcüstanın hava limanlarında 900 yük reysi həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,9 faiz çoxdur.

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu