7 C
Baku
7 Fevral 2026, 12:47
Dünya

20 böyük şar mesajı

Şimali Koreyadan qaçan insanların yaratdığı təşkilat 20 şarla Şimali Koreyaya mesaj göndərib.

Azad Şimali Koreya Döyüşçüləri (FFNK) kimi tanınan bir qrup Şimali Koreyalı qaçqınlar ölkəni tənqid etmək üçün Cənubi Koreyadan Şimali Koreyaya 20 şar göndərib.

FFNK Qrupunun sədri Park Sanq-hak bildirib ki, şarlarda Pxenyan administrasiyasını tənqid edən 300 min vərəqə və K-Pop məzmunlu 2 min USB çubuq var.

Park Şimali Koreya lideri Kim Çen İni Cənubi Koreya ilə “birləşməyə qarşı çıxdığına və liderliyini qoruyub saxlamağa çalışdığına” görə tənqid edib.

Balonların üzərinə yapışdırılmış pankartda “Kim Çen In satqın və xalqımızın düşmənidir” yazılıb.

Cənubi Koreyada Şimaldan qaçanların üzvü olan FFNK kimi qruplar sərhəddən Şimali Koreyaya Pxenyan administrasiyasını tənqid edən məzmunlu şarlar göndərirlər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu