7 C
Baku
19 Dekabr 2024, 0:03
Dünya

Gürcüstan prezidenti Zurabişvili: Mən hakimiyyəti təhvil verməyəcəyəm

Gürcüstanda keçirilən prezident seçkilərində uduzan Salome Zurabişvili dekabrın 29-dan sonra vəzifəsini təhvil verməyəcəyini bəyan edib.

Gürcüstanda keçirilən prezident seçkilərində Mixail Kavelaşvili yeni prezident seçilib.

Seçkilərdə uduzan hazırkı prezident Salome Zurabişvili dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini təhvil verməkdən imtina etdiyini açıqlayıb.

Zurabişvili bəyan edib ki, o, yeni parlament seçkiləri keçirilməyənə qədər vəzifəsini təhvil verməyəcək.

Zurabişvili onu da vurğulayıb ki, artıq hakim “Gürcü arzusu” partiyası ilə heç bir əlaqəsi yoxdur və Avropa İttifaqını etirazçılara dəstək verməyə çağırıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası hakim “Gürcü arzusu” partiyasının namizədi Mixail Kavelaşvilinin Gürcüstan prezidenti seçildiyini açıqlayıb.

Kavelaşvili 300 səsdən 224-ü alaraq, prezidentlik üçün lazım olan 200 səsə çatıb.

Gürcüstanın baş naziri İrakli Kobahidze bildirib ki, hazırkı prezident Zurabişvili dekabrın 29-da keçiriləcək andiçmə mərasimində iqamətgahını tərk etməli və bu binanı qanuni seçilmiş prezidentə təhvil verməlidir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

BMT Türkiyəyə təşəkkür etdi

Kəmalə Sultan

Hücumlar nəticəsində daha bir jurnalist həlak oldu

Teymur Əziz

ABŞ Uzaq Şərqdə hərbi qaçış riski ilə üzləşə bilər – Rusiyanın Şimali Koreyadakı səfiri

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu