11 C
Baku
3 Dekabr 2025, 18:02
Digər

“Gürcüstan Zəngəzur dəhlizinə qarşıdır”

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar və Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma Gürcüstan hakimiyyətini narahat edir. Gürcüstan 30 ildir ki, Ermənistan -Azərbaycan münaqişəsindən istifadə edərək, regionda tranzit rolunu oynayıb. Bu tranzitdən ildə milyonlarla dollar mənfəət əldə edir”.

Bugun.tv– xəbər verir ki, bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşım edib.

Ekspert vurğulayıb ki, 2020-ci ildən Cənubi Qafazda qüvvələr balansı dəyişib və yeni geosiyasi nizam yaranır. Həmçinin regionda geosiyasi proseslər sürətlə dəyişir və Gürcüstan hakimiyyəti yeni geosiyasi reallıqlarla barışmaq istəmir. Artıq Cənubi Qafqaz və Mərkəzi Asiya nəqliyyat əlaqələrini inteqrasiya edir. Gürcüstan da bu prosesin tərkib hissəsidir. Amma, rəsmi Tiflis Azərbaycanla problemlər axtarır.

Gürcüstan Zəngəzur dəhlizinin açılması fonunda tranzit imkanlarının məhdudlaşmasını ağrılı şəkildə qarşılayır. Halbuki, Cənubi Qafqazda nəqliyyat yollarının şaxələndirilməsi regional siyasi çağırışlardan irəli gəlir. Asiyadan daşınan yüklərin Orta Dəhliz vasitəsilə Qərbə daşınması avtomobil yolu ilə Gürcüstan, Dəmiryol vasitəsilə Zəngəzur dəhlizindən keçəcək.

Görünür, Rusiyanın birbaşa təhriki ilə “Gürcü Arzusu” hökuməti Zəngəzur dəhlizinə görə Azərbaycana təzyiqlər edir. Əgər, Gürcüstan Azərbaycana problemlər yaradarsa, İran ərazisində “Araz” dəhlizi layihəsi reallaşır, həmçinin “Zəngəzur” dəhlizindən tam istifadə etməklə, Gürcüstan üzərindən bütün tranziti dayandıra bilər. Həm bura neft və qaz kəmərləri və digər lojistika tranziti daxildir.

“Gürcü Arzusu” ilk hakimiyyətə gələndə Rusiyanın təhriki ilə Azərbaycanın neft və qaz kəmərləri ilə bağlı təxribatlara əl atırdı. Gürcüstan da hakimiyyətdə olan Kremlin yaddaşlari Cənubi Qafqaz üçün ciddi problemdir və regionda geosiyasi çağırışlara cavab vermirlər. Daha çox Kremldən gələn narrativlərlə hərəkət edirlər. Azərbaycana qarşı problem yaradan “Gürcü Arzusu” hökuməti ciddi sınaqlarla qarşı-qarşıya qala bilər.

Məhəmməd Əsədullazadə Milli Cəbhə Partiyası – MCP

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada xarici mənşəli ilk çikunqunya qızdırması halı qeydə alındı

Bugün TV

Fransada əczaçılar tətil elan etdilər

Bugün TV

Venesuela və Qayana qarşılıqlı güc tətbiqi fikrindən daşınıblar

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu