Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 4 il müddətinə dayandırmaq qərarına qarşı başlayan nümayişlər 8-ci gündə də davam edir. Nümayişçilər Parlamentin yerləşdiyi Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayıb, isinmək üçün ocaq yandırıb, AB və Gürcüstan bayraqları daşıyıblar. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını gündəmə gətirməyəcəyi barədə elan etdiyi qərara etiraz olaraq ölkənin müxtəlif şəhərlərində nümayişlər davam edib.
Hökumətin qərarına reaksiya verən minlərlə insan paytaxt Tbilisidə yenidən parlament binası qarşısına toplaşaraq parlament seçkilərinin başqa vaxta keçirilməsini tələb ediblər.
Hökumətin qərarının ləğv edilməsini istəyən nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər.
Nümayişçilər Parlamentin yerləşdiyi Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayıb, isinmək üçün ocaq yandırıb, AB və Gürcüstan bayraqları daşıyıblar.
Küçənin bir neçə nöqtəsində nümayişçilərə isti içki və yemək təklif edilərkən, polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb.
Küçəyə yaxın olan Azadlıq meydanında təhlükəsizlik məqsədilə Gürcüstan Daxili İşlər Nazirliyinə bağlı çevik polis bölmələri və təzyiqli su maşınları yerləşdirilib. Gecə yarısı olmasına baxmayaraq, nümayişçilər küçədə gözləməkdə davam edirlər.
Digər tərəfdən, Gürcüstan prezidenti Salome Zurabişvili yerli dövlət telekanalı Birinci Kanala müsahibəsində ölkəsindəki son hadisələri dəyərləndirib.
Aİ ilə bağlı qərarlarına görə hökumətə reaksiya verən Zurabişvili ölkədə böhran olduğunu bildirib və baş nazir Kobaxidzeni istefaya çağırıb.
Oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərini qəbul etmədiyini deyən Zurabişvili yeni seçkilərin keçirilməli olduğunu bəyan edib.
Zurabişvili Gürcüstan cəmiyyətinin iradəsinin ölkənin Aİ-yə inteqrasiyası olduğunu qeyd edib və hökumətin bu prinsipə sadiq qalmadığını bildirib.
Tiflis administrasiyasını Qərb müttəfiqləri ilə münasibətlərdən əl çəkməyə cəhddə günahlandıran Zurabişvili bəyan edib ki, bu vəziyyət yalnız Rusiyaya “faydalıdır”.
Avropa Parlamenti oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin yenilənməsini tələb edib və buna cavab olaraq müxalifət və Aİ tərəfdarları küçələrə çıxaraq nümayişlər təşkil etməyə başlayıblar.
Mənbə: HurriYet