9 C
Baku
13 Aprel 2026, 10:12
Baş xəbərDünya

Gürcüstanda Anaklia limanı ilə əlaqədar yeni avtomobil və dəmir yolları tikəcək

Gürcüstan hökuməti Anaklia (Sameqrelo-Zemo Svaneti bölgəsi) limanının tikintisini bərpa etmək qərarına gəlib.

Bugun.tv xəbər verir ki, tikintinin 51 faizi dövlətə məxsus olacaq. Həmçinin limanın tikinti xərclərinin bir hissəsini dövlət öz üzərinə götürüb.

Hökumətin yeni qərarına əsasən, limana gediş-gəlişin və yükdaşımaların həcminin artırılması məqsədi ilə yeni avtomobil və dəmir yolu xətləri tikiləcək. Bu yollar Anaklia limanını Gürcüstanın qalan hissəsi ilə birləşdirəcək. Hökumətin müvafiq sərəncamı ilə 2026-cı ildə yolun Anakliya limanına gedən hissəsinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılacaq.

Qeyd edək ki, limanın tikintisinə 2024-cü ilin sentyabrında başlanılıb.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu