3 C
Baku
15 Dekabr 2025, 1:28
Baş xəbərDünya

Gürcüstanda dövlət bayraqları endirildi

Bu gün Gürcüstanda məlum 2008-ci il avqust müharibəsinin 17-ci ili tamam olur.

Bugun.tv xəbər verir ki, bununla əlaqədar Gürcüstanda dövlət və inzibati binalarda, diplomatik nümayəndəliklərdə dövlət bayraqları endirilib.

Beşgünlük müharibədə həlak olanların xatirəsini anmaq məqsədilə ölkədə bir sıra anım tədbirləri keçirilir.

Qeyd edək ki, sözügedən müharibədə 408 nəfər həlak olub, 2232 nəfər yaralanıb, 30 minə yaxın insan qaçqın vəziyyətinə düşüb. Müharibə nəticəsində Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri işğal olunub. Rəsmi Moskva 2008-ci ilin avqustun 26-da hər iki bölgənin müstəqilliyini tanıyıb. Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri dayandırıb və hər iki bölgəni işğal olunmuş ərazilər elan edib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Hər gün ac qarına qatıq suyu iç, gör nə olur!

Bugün TV

Zəncirvari qəzada 13 nəfər yaralandı – FOTOLAR

Teymur Əziz

Paytaxtda buçaqlanma hadisəsi baş verdi 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu