27 C
Baku
10 İyun 2025, 10:15
Dünya

Gürcüstanda etirazçılarla polis arasında toqquşma olub: 34 nəfər saxlanılıb

Paytaxt Tbilisidə baş verən hadisələr hökumətin Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqları 2028-ci ilə qədər dayandırması ilə bağlı Gürcüstanda baş verib. Parlament qarşısında aksiya zamanı polislə nümayişçilər arasında qarşıdurma yaranıb, 34 nəfər saxlanılıb.

Gürcüstanda hökumətin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etirazlar 5-ci gün də davam edib.

Paytaxt Tbilisinin Şota Rustaveli küçəsində parlament binası qarşısında axşam saatlarında başlayan etiraz aksiyası nümayişçilərin binaya atəşfəşanlıq və müxtəlif maddələr atması ilə yenidən qarşıdurmaya çevrilib. Polis təzyiqli su və gözyaşardıcı qazla etirazçılara müdaxilə edib. Parlament binasından azı 400 metr uzağa köçürülən etirazçılar müxtəlif küçələrə dağılıblar. Qısa müddətdən sonra Şota Rustaveli küçəsinə qayıdan etirazçılar bu dəfə zibil qabları və stullarla barrikadalar qurub, polisə atəşfəşanlıqla hücum ediblər. Gecədə şiddətli toqquşmaların yaşandığı bir vaxtda onlarla insan yaralanıb, bəzi nümayişçilər saxlanılıb. Polisin təzyiqli su, gözyaşardıcı qaz və bibər qazı ilə müdaxiləsinə baxmayaraq nümayiş səhərə qədər davam edib. Səhər saatlarında Respublika meydanına toplaşan etirazçılar polisin müdaxiləsi ilə İlya Çavçavadze bulvarına, oradan da Azadlıq meydanına keçiblər. Daxili İşlər Nazirliyindən verilən açıqlamada 34 nümayişçinin saxlanıldığı, 12 polis əməkdaşının yaralandığı bildirilib.

HÖKUMƏTİN Aİ QƏRARI

Gürcüstanın baş naziri İrakli Kobaxidze noyabrın 28-də verdiyi bəyanatda Aİ ilə danışıqların “şantaj vasitəsi” kimi istifadə edildiyini əsas gətirərək 2028-ci ilin sonuna qədər dayandırıldığını bildirib.

2022-ci ilin martında Aİ-yə üzvlük üçün müraciət edən Gürcüstana 2023-cü ilin dekabrında namizəd ölkə statusu verilib. Lakin ölkədə müzakirələrə səbəb olan və “Rusiya qanunu” kimi qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanunun mayın 29-da qüvvəyə minməsindən sonra iyulda Gürcüstanın Aİ-yə üzvlüyü prosesi dayandırılıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Çili bibərinin ədviyyatını azaldan maddələr tapılıb

Aynur Camal

Rusiyada xarici müdaxilə yük qatarı relsdən çıxardı!

İntizar Əmirova

Qorxulu yanğın: Neft emalı zavodu yanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu