19 C
Baku
12 Oktyabr 2025, 10:13
Siyasət

Gürcüstanda inqilab ssenarisi tətbiq olunub..

“Gürcüstanda Bələdiyyə seçkilərinin nəticələrinə etiraz olaraq müxalifət seçkinin nəticələrinə etiraz olaraq Tiflisin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirir. Avropa İttifaqı bu etiraza dəstək verməsi istisna deyil. Qərblə Gürcüstan hökuməti arasında siyasi böhran hökm sürür. Avropa Rusiya yönümlü adlandırdığı Gürcü Arzusu hökumətinin devrilməsində maraqlıdır. Bu seçkilərin nəticələrinə etiraz olaraq Qərb Gürcüstanda inqilab ssenarisini işə salıb. Etiraz aksiyaları prezident sarayını və parlamenti hədəfə alıb” – bu barədə şərhi politoloq Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşıb.

Siyasi ekspert qeyd edir ki, Moldovada seçkilərin nəticələri Gürcüstan müxalifətini və Qərbi kifayət qədər hökumətin üstünə getməsinə rəvac verib. Etiraz aksiyaları anti-Rusiya şüari ilə keçiriməklə, birbaşa geosiyasi rəqabətin meydançasına çevrilib. Moldovada qələbə əldə edən Qərb Gürcüstanda inqilabla Rusiyanın dəstəklədiyi hökuməti devirməyə çalışacaq. Bu etiraz aksiyalarının iştirakçılari əvvəlki etirazlardan fərqli olaraq qəzəblidir. Görünən odur ki, Tiflis “döyüş meydanına” çevriləcək.

İnqilabın baş tutması aksiya iştirakçılarının fəaliyyətindən və vahid liderin ortaya çıxması nəticəsində baş tutması mümkün ola bilər.

Aynur Camal

Oxşar xəbərlər

Dmitri Peskov: “Kreml Trampın Putinlə bağlı bəyanatı ilə tanışdır”

Nigar Məmmədova

“Rusiya Polşadakı səfirlik məktəbinin ələ keçirilməsinə sərt cavab verəcək”

Nigar Məmmədova

Şevkət Mirziyoyev Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu