30 C
Baku
27 İyul 2025, 21:34
Baş xəbərDünya

Gürcüstanda torpaq sürüşməsi olub, beynəlxalq əhəmiyyətli avtomagistral bağlandı

Gürcüstanın Tbilisi-Senaki-Leselidze avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Bugun.tv xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilib ki, güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomagistralının152-ci kilometrliyində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hazırda ərazidə yolun təmizlənməsi işləri davam etdirilir. Yolun yaxın vaxtlarda açılacağı gözlənilir.

İntizar Əmirova

Oxşar xəbərlər

Məşhur supermodel dəm qazından zəhərləndi

Aynur Camal

Ötən gün baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Astronavt skafandrda düzgün asqırmağın sirrini açdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu