18 C
Baku
28 Oktyabr 2025, 1:37
Siyasət

Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bugün.tv xəbər verir ki, təbrik mətnində deyilir:

“İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə əmin-amanlıq, möhkəm cansağlığı və uğurlar arzulayım. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır.

Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi səyləriniz böyükdür.

Ölkələrimiz arasında mövcud olan dostluğu və ümumi maraqları nəzərə alaraq, inanıram ki, gündən-günə inkişaf edən yaxın münasibətlərimiz və strateji əməkdaşlığımız regionda sülhün, sabitliyin və rifahın bərqərar olunmasına öz töhfəsini verəcəkdir.

Ümid edirəm ki, birgə səylərimizlə mövcud çağırışların öhdəsindən gələcəyik, ölkələrimizin və regionun rifahı naminə öz imkanlarımızdan səmərəli istifadə edəcəyik.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan dövlətinin inkişafı və xalqınızın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Bugün TV

Oxşar xəbərlər

Pensiya əleyhinə etirazlar Makrona necə təsir etdi?-SORĞU

Nigar Məmmədova

“İƏT-in 17-ci Zirvə görüşündə mina terroru diqqət mərkəzində oldu”

Aynur Camal

Rusiya müdafiə naziri dronların, döyüş sursatlarının əhəmiyyətli dərəcədə artdığını qeyd etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu