6 C
Baku
25 Fevral 2026, 1:57
Baş xəbərDünya

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 5 milyard dollara çatdı

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 31 iyul 2025-ci il tarixinə 5 milyard dollar təşkil edib.

Bugun.tv xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb. Bildirilir ki, cari ilin yanvar-iyul aylarında ölkənin valyuta ehtiyatları 571,2 milyon dollar, təkcə iyulda isə 331,3 milyon dollar artıb. Analitiklərin fikrincə, beynəlxalq valyuta ehtiyatlarının həcminin dəyişməsi hökumətin və Gürcüstan Milli Bankının valyuta bazarındakı əməliyyatları ilə bağlıdır.

Qeyd olunur ki, Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları ilk dəfə 2023-cü il avqustun 31-də tarixi maksimuma çatıb və 5 milyard 436,8 milyon dollar olub. 2024-cü ildə beynəlxalq ehtiyatlar 562,1 milyon dollar azalıb.

Xarici valyutaya çevrilmiş beynəlxalq ehtiyatlar Milli Bankın ehtiyatlarının əsas hissəsi olmaqla, 3,8 milyard dollar təşkil edir.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Ukrayna müharibəsinin ən uzun fasiləsiz cəbhə xətti xəritələndirildi

Aynur Camal

Bilirdinizmi? Ən çox neft ixrac edən ölkə dəyişib?

Aynur Camal

Dünyanın ən böyük aviadaşıyıcısı USS Gerald Ford ABŞ-ın Kritdəki bazasına çatıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu