Baş xəbərDünya

Gürcüstanın hakim partiyasının fəxri sədrinə yeni səlahiyyətlər verildi

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının nizamnaməsində dəyişiklik edilib.

Bugun.tv xəbər verir ki, yeni dəyişikliyə əsasən hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə yeni səlahiyyətlər verilib. Partiyanın fəxri sədri bundan sonra ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürə bilər.

Gürcüstanın Ədliyyə Nazirliyi partiyanın nizamnaməsinə təklif olunan bu dəyişikliyi təsdiq edib.

Nizamnaməyə görə, siyasi şura partiyanın fəxri sədrinin irəli sürdüyü namizədi Gürcüstanın baş naziri vəzifəsinə təsdiqləyir.

Bundan əlavə, partiyanın fəxri sədrinin və ya siyasi şuranın qərarı ilə partiyanın növbədənkənar qurultayı çağırıla bilər.

Qeyd olunub ki, siyasi şura partiyanın fəxri sədri və qurultayda seçilən 15 üzvdən ibarətdir.

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu