3 C
Baku
14 Dekabr 2025, 23:14
Digər

Gürcüstanın İmereti bölgəsində torpaq sürüşməsi yenidən aktivləşdi

Bugun.tv xəbər verir ki, hazırda Karneba çayının daşması səbəbindən Xaraqauli bələdiyyəsinin ərazisində bir neçə kənd təhlükə altındadır. Belə ki, iyun ayının sonunda sürüşmə proseslərinin intensivləşməsi ilə əlaqədar Xaraqauli bələdiyyəsinə daxil olan Qverki və Hemaqali kəndlərinin bəzi sakinləri müvəqqəti təxliyə edilib. Evlərə, kənd təsərrüfatı torpaqlarına və yollara ziyan dəyib. Avqustun 23-də isə torpaq kütlələri çayın qarşısını qismən bağlayıb və sürüşmə yenidən aktivləşib. Xaraqauli rayonunun rəhbərliyi vəziyyətin nəzarətə götürüldüyünü bildirib:”Müvafiq qurumlar tərəfindən çayın məcrasının genişləndirilməsi və sürüşmənin qarşısının alınması istiqamətində işlər görülür. Mütəxəssislər çayda suyun səviyyəsini və sürüşmə proseslərinin dinamikasını izləyirlər. Sürətli reaksiya qərargahı gücləndirilmiş iş rejimində işləyir”.

Bugün TV

Oxşar xəbərlər

Fransada yeni tədris ilində məktəblərin əksəriyyətində kadr çatışmazlığı var

Bugün TV

DSX-nin rəis müavini quru sərhədlərindən danışdı

Aynur Camal

Eskobarın “kokain” begemotlarını ölkədən qovmaq mümkün deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu