14 C
Baku
17 Fevral 2026, 19:03
Dünyaİdman

Gürcüstanlı hücumçu A seriyasının ən yaxşı qolunun müəllifi oldu

“Napoli”nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasının son mövsümünün ən yaxşı qolunun müəllifi olub. Bugun.tv xəbər verir ki, bu barədə İtaliya çempionatının yüksək divizionunun mətbuat xidməti məlumat yayıb.

Mövsümün ən yaxşı qolu A Seriyasının 26-cı turunun Neapolda “Atalanta” ilə oyununda (2:0) Kvaratsxeliyanın dəqiq zərbəsi kimi tanınıb. Gürcü hücumçu partnyoru Viktor Osimhendən cərimə meydançasının sərhəddində ötürmə alıb, bir neçə möhtəşəm hiyləgər hərəkətlər edərək Berqamaskların qapısına zərbə endirib. Bu qol matçın qalibi olub.

22 yaşlı Kvaratsxeliya “Napoli” ilə ilk mövsümündə İtaliya çempionu və ilin ən yaxşı oyunçusu seçilib. Ümumilikdə, gürcü hücumçu A seriyasında 34 oyun keçirib, 12 qol vurub, 13 məhsuldar ötürmə edib.

Bugün TV

Oxşar xəbərlər

🌙 Ramazan ayının başlanğıcı üçün hilal axtarışı

Aynur Camal

Cənubi Livanda hava zərbəsi nəticəsində Hizbullah üzvü həlak olub

Aynur Camal

Kanada ABŞ üzrə baş ticarət danışıqları üçün yeni baş nümayəndə təyin edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu