7 C
Baku
21 Dekabr 2025, 12:53
Dünyaİdman

Gürcüstanlı hücumçu A seriyasının ən yaxşı qolunun müəllifi oldu

“Napoli”nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasının son mövsümünün ən yaxşı qolunun müəllifi olub. Bugun.tv xəbər verir ki, bu barədə İtaliya çempionatının yüksək divizionunun mətbuat xidməti məlumat yayıb.

Mövsümün ən yaxşı qolu A Seriyasının 26-cı turunun Neapolda “Atalanta” ilə oyununda (2:0) Kvaratsxeliyanın dəqiq zərbəsi kimi tanınıb. Gürcü hücumçu partnyoru Viktor Osimhendən cərimə meydançasının sərhəddində ötürmə alıb, bir neçə möhtəşəm hiyləgər hərəkətlər edərək Berqamaskların qapısına zərbə endirib. Bu qol matçın qalibi olub.

22 yaşlı Kvaratsxeliya “Napoli” ilə ilk mövsümündə İtaliya çempionu və ilin ən yaxşı oyunçusu seçilib. Ümumilikdə, gürcü hücumçu A seriyasında 34 oyun keçirib, 12 qol vurub, 13 məhsuldar ötürmə edib.

Bugün TV

Oxşar xəbərlər

Xeyirxah nağıl: Zəncəfil pişiyin ürəyindəki buzları əritdi

Aynur Camal

Ekvador polisi Meksika səfirliyinə basqın edib

Aynur Camal

Birja Saola qasırğası səbəbindən bağlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu