36 C
Baku
20 İyul 2025, 14:35
Baş xəbərMədəniyyət

“Güven bana” komediya filmi yalnız CinemaPlus-da

Bugun.tv xəbər verir ki, “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində oktyabrın 12-dən etibarən eksklüziv olaraq “Güven bana” Türkiyə komediya filminin nümayişi baş tutacaq.

“Aytaç Medya” studiyasının təqdim etdiyi filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir.

Baş rollara Cihangir Ceyhan, Ufuk Bayraktar, Okan Çabalar, Erdal Özyağcılar, Pelin Karahan və digər məşhur aktyorlar çəkilib.

Süjet xəttinə gəlincə, bir sələmçiyə borclu olan Özcan və Serkan, dayıları Müslümün yanına gedərək, ondan 150 min türk lirəsi istəyirlər.

Müslüm dayı pul vermək istəyəndə, tərslikdən infarkt keçirir və dünyasını dəyişir.

Bunu görən Özcan və Serkan, onun cibindən pullarını çıxarıb borclarını ödəmək üçün sələmçinin yanına qayıdırlar. Ancaq burada onlar böyük sürprizlə qarşılaşırlar: heç demə pullar saxtadır!

Qardaşlar saxta pulları götürdükləri yerə geri qoymaq üçün dəfn mərasiminə gedirlər. Amma burada onları böyük macəra gözləyir.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cıdır düzündə konsert proqramı təqdim olunub

Aynur Camal

Çinin casus şarı ABŞ-ın suverenliyinə məhəl qoymayıb

Aynur Camal

Fırıldaqçılıq istintaqında həbs qərarı 46-ya yüksəldi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu