25 C
Baku
20 İyul 2025, 8:25
Baş xəbərSosial

Güzəştli şərtlər ilə Qarabağda da ev almaq mümkün olacaq

“Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da, Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq” – deyə Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial media hesabında paylaşım edib.

Belə ki, yeni dəyişikliklərə əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz. Digər dəyişiklik işğaldan azad olun ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği borcalanın aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.

Yeni qaydalar gənc ailələrin güzəştli şərtlər ilə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda evə sahib olmasına imkan verəcək. Bu bir tərəfdən Qarabağda məskunlaşma prosesini daha da intensivləşdirəcək, digər tərəfdən isə işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın sürətli formalaşması və inkişafına dəstək olacaq. Bu da təbi ki, eyni zamanda gənclərimizin mənzil təminatının yaxşılaşdırılması baxımdan da vacibdir.

Bütövlükdə, yeni dəyişikliklər həm güzəştli şərtlər ilə Qarabağda mənzilə sahib olmağa, həm də həmin ərazilərimizin sosial-iqtisadi inkşafına töhvə verəcək.

Aynur Camal

Oxşar xəbərlər

Biz “xaos tanrısı”nı gözləyirik. Apofis asteroidi ilə toqquşma hələ də istisna edilmir

Aynur Camal

Xarici ölkələrin qida təhlükəsizk qaydaları Azərbaycanda da tanınacaq

Aynur Camal

Yaponiyada zəlzələdən sonra nüvə stansiyasında suyun səviyyəsi qalxdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu