27 C
Baku
25 İyul 2025, 22:58
Baş xəbərHadisəKriminal

Polisə silahlı müqavimət göstərməyə cəhd edən şəxslər saxlanıldı

Gədəbəy rayonu Sarıhasanlı kəndində evlərin birindən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərməyə cəhd edən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Bugun.tv – yə bildirilib ki, əvvəllər məhkum olunan, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (oğurluq) maddələri ilə axtarışda olan Hüseynov Nəsib Qayıb oğlu və onunla birlikdə olan — barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət icraatı olan 1976-cı il təvəllüdlü Cəfərov Elman Əvəz oğlu, əvvəllər məhkum olunmayan 1967-ci il təvəllüdlü Cəfərov Nəriman Ələsgər oğlu Gədəbəy RPŞ əməkdaşları tərəfindən saxlanılarkən odlu silahla müqavimət göstəriblər.

Polis əməkdaşlarının çevikliyi nəticəsində silahlı müqavimət cəhdinin qarşısı alınıb, N.Hüseynova tabel silahı tətbiq edilməklə onlar saxlanılıblar. Ayaq nahiyyəsindən xəsarət alan N.Hüseynova nəzarət qaydasında ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib. Həyatı təhlükəsi yoxdur.

Hadisə yerindən cinayət aləti olan tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bu şəhərdə 511 qeyri-qanuni miqrant tutuldu

Bugün TV

Kadırov Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində bağlanması barədə danışı

Aynur Camal

Prezidentliyə namizəd Fazil Mustafa səs verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu