18 C
Baku
16 Sentyabr 2025, 1:03
Baş xəbərHadisəKriminal

Gədəbəydə xuliqanlıq edən şəxslər saxlanıldı

Gədəbəy rayonu Qalakəndkənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan mətbuatın Bugun.tv – in sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Sosial müavinət alanların sayındakı 20 min artım nə ilə bağlıdır?

Aynur Camal

Tarixi abidəmizə müdaxilə olunub

Aynur Camal

3 Afrika lideri vasitəçilik üçün Sudana gedəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu