16 C
Baku
16 Oktyabr 2025, 20:48
Baş xəbər

“Gəlin, əlilliyi olan qadınlarımıza birlikdə dəstək göstərək” – MƏHLUQƏ RƏHİMOVA ÇAĞIRIŞ ETDİ

“Əlilliyi olan qız və qadınlarımız fikir və düşüncələrini sərbəst şəkildə ifadə edə bilmirlər. Onlara kömək lazımdır. Mən hər kəsə səslənirəm, gəlin, əlilliyi olan qadınlarımıza birlikdə dəstək göstərək”.

Bu fikirləri Bugun.tv-yə müsahibəsində “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova bildirib. O, əlilliyi olan qız və qadınlarımızın fikir və düşüncələrini ictimaiyyətə çatdıra bilməsi məqsədilə BMT-nin Etimad fondu ilə birlikdə gerçəkləşdirdikləri layihənin 6 aylıq hesabatını açıqlayıb.

“Biz bu gün dövlətin qarşısında hesabat veririk. Layihəmiz 2022-ci ilin sentyabr ayından başlayıb. Bakı, Gəncə, Quba, Xaçmaz rayonlarını əhatə edir. Burada təlimlər, dəyirmi masa, görüşlər və dövlət qurumlarının iştirakı ilə koordinasiya şurası, sosial roliklər, mətbuata çıxış və s. keçirilir. 6 ay müddətində böyük işlər görmüşük. Azərbaycanda əlilliyi olan qız və qadınların, əsasən də, qaçqınlığı olan  qadınların problemlərinin gündəmə gətirilməsi, BMT yanında Azərbaycan həqiqətləri ilə bağlı reallıqların əks olunması, hesabatların verilməsi, təqdimat hazırlanması və dövlət qurumlarına göndərilməsi bizim üçün böyük bir uğurdur. Bu 6 ayda mətbuatın bizimlə olmasına görə, sizlərə, bütün media nümayəndələrinə  təşəkkür edirəm! Məhz siz, əlilliyi olan qadın və qızların problemlərini gündəmə gətirirsiniz. Biz də belə problemlərin həllinə tez bir zamanda nail ola bilmək üçün mobil dəstək yaratmışıq. Hamımız birlikdə, doğurdan da, böyük işlər görürük və görəcəyik”, – birlik sədri vurğulayıb.

Onun sözlərinə görə, həyata keçirdikləri layihənin müddəti 3 ildir və hər ay davamlı şəkildə şəhər və rayonlarda gerçəkləşdirilir.

Müxbir: İntizar Əmirova

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Türk rəssamının tablosu Parisdə 571 min 500 avroya satıldı

Aynur Camal

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur

Teymur Əziz

İlham Əliyev Səudiyyə Krallığının investisiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu