Muzey dedikdə ağlınıza nə gəlir? Orta əsr əlyazmaları ilə dolu şüşə vitrinlər? Klassik heykəllər və qədim artefaktlar? Və ya bəlkə doldurulmuş heyvanlar və dinozavr skeletləri?
Tarixin bu ənənəvi anbarları üçün hər zaman yer olsa da, bu yaxınlarda fərqli bir muzey növünə – dəyişiklik və texnologiyanı qəbul etməkdən qorxmayan bir muzeyə keçid oldu.
Bugun.tv xəbər verir ki, keçid olunan bu yeni muzeylər istər futuristik memarlıq dizaynları, istərsə də yüksək texnoloji interaktiv eksponatlar ilə liderlik edirlər, burada innovasiyaları önə çıxaran muzeylərdən yalnız bəziləri var.
ArtScience Muzeyi sərhədləri aşan eksponatları ilə tanınıb. Keçən il “Biz Hava Okeanında yaşayırıq” adlı multisensor təcrübəsi baş tutub. Muzeyə gələnlər Kaliforniyanın Sequoia Milli Parkına – nəhəng sekvoya ağaclarının meşəsinə – ziyarət etmiş kimi hisslər yaşayıblar. Onların meşənin dərinliklərini hiss etmək üçün 3D stereo səs, qoxu yayma sistemləri və külək maşınlarından istifadə edilib.
Bu ArtScience Muzeyi interaktiv qurğular yaratmaq üçün mütəmadi olaraq mükafat qazanan team Lab incəsənət kollektivi ilə əməkdaşlıq edir.
Həmçinin bura gələnlər rəqəmsal oyunlar oynamaq üçün “Gələcək Dünya: İncəsənətin Elmlə Görüşdüyü Yer” daimi sərgisini, ulduzlara nəfəs kəsən səyahət etmək üçün isə “Kristal Kainat” adlanan sərgisini seçə bilərlər.
Mənbə: CNN