Baş xəbərSosial

“Gələn ilin əvvəlindən Füzuli, Ağdam və digər şəhərlərdən olan vətəndaşlarımız tarixi torpaqlarına qayıdacaq”

Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham ƏliyevRusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar. Dövlət başçımız Minnixanovla birgə elektromobillərlə Ağalı kəndini gəzərək sakinlər ilə səmimi söhbət ediblər.
Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib. O, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə – 420 nəfər köçürüldüyünə diqqət çəkib.
“İşğaldan azad olunan rayonlarımızda bərpa və yenidən qurma işləri sürətlə davam etdirilir. Gələn ilin əvvəlindən etibarən Füzuli, Ağdam və digər şəhərlərimizdə minlərlə vətəndaşımızın öz doğma və tarixi torpaqlarına qayıtması reallaşacaq. Füzuli və Ağdam şəhərlərində inşa edilən birinci massiv yaşayış binalarının ilin sonunadək tam hazır olması gözlənilir”, – millət vəkili əlavə edib.
V.Bayramov 2026-ci ilədək Qarabağ və Şərqi Zəngəzurda 150 mindən çox vətəndaşımız məskunlaşacağını qeyd edib.
Elnarə Dərziyeva

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Aynur Camal

“Əbədi Birlik – 5 il: Birlikdən gələcəyə” adlı yubiley tədbiri keçiriləcək

Aynur Camal

Alimlər And dağlarında rekord yüksəklikdə yaşayan siçanın sirrini araşdırıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu